Zakir Nuriyev ASK-nın vitse-prezidenti seçilib

Əlavə edilib:

19 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) üzvlərinin ümumi yığıncağı – Qurultayı keçirilib.

Qurultayda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ASK-nın vitse-prezidenti seçilib.

Qeyd edək ki, tədbirdə Konfederasiyanın rəhbər orqanlarının hesabatı dinlənilib, idarəetmə orqanları formalaşdırılıb, eləcə də,təşkilatın fəaliyyətinin əsas istiqamətləri təyin olunub və məqsədləri müəyyən edilib.

Xatırladaq ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT