Zakir Nuriyev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin 4-cü günündə çıxış edib

Əlavə edilib:

3 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin 4-cü günündə çıxış edib.

ABA prezidenti çıxışında Azərbaycanın BMT-nin mötəbər İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)ev sahibliyi etməsi onun üçün böyük bir beynəlxalq platformada iqlim dəyişikliyi və yaşıl keçid mövzularında önəmli addımlar atılmasında əhəmiyyətli bir fürsət olduğunu bildirib.

Onun sözlərinə əsasən Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində böyük potensial mövcuddur, günəş və külək enerjisi mənbələri böyük perspektivlər təqdim edir və hazırda, Azərbaycanın bərpa olunan enerji potensialının təxminən 30%-nə çatdırılması hədəflənir.

O həmçinin bu istiqamətdə görülən işlərdə dövlət dəstəyinin istisnasız ən əhəmiyyətli amillərdən biri olduğunu da vurğulayıb:

“Bəzi ölkələrin təcrübələrində dövlət qurumları və ya agentliklərinin,  eləcə də qeyri-hökümət təşkilatlarının sırf bu məqsədə xidmət edəcək yaşıl banklar təsis etdiklərini də görürük. Azərbaycan üçün isə bu yolda banklara dəstək olacaq yeni bir fondun yaradılması və ya bu rolun cari fondların birinə həvalə edilməsi dayanıqlı maliyyələşmə üçün həlledici addımlardan biri ola bilər. “ deyə Zakir Nuriyev əlavə edib.

Zakir Nuriyev həmçinin ABA nəzdində yaradılan  “ESG və Dayanıqlı Bankçılıq” Ekspert Qrupunun bu mövzuya xidmət etmək üçün yaradılmış ən yeni qrup olduğunu da qeyd edib: “Ən fəal qruplardan biri olaraq Dayanıqlı Bankçılıq mövzusunda mütəmadi təkliflər hazırlayır və görüşlər təşkil edir. Qrupun ümumilikdə 30-a yaxın müxtəlif istiqamətləri (beynəlxalq, ölkədaxili və qrupdaxili) əhatə edən fəaliyyəti olmuşdur.”

 

MÜDDƏT