Zakir Nuriyev bank islahatlarının müzakirəsində iştirak edib

Əlavə edilib:

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycanın maliyyə-bank sektorunda çağırışlar və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa təşkil edilib.

Dəyirmi masada Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev  İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, həmçinin, dövlət, bank sektoru, biznes və akademik dairələrin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ölkədə aparılan islahatlar artıq bank sektorunun da böhrandan çıxmasına imkan yaradıb: “Maliyyə-bank sektoru milli iqtisadiyyatın şaxələndirilməsi, davamlı inkişafı və makroiqtisadi sabitliyin qorunmasında daha önəmli rol oynamalıdır.”

Tədbirdə Dünya Bankının nümayənədələri Angela Prigozhina, Fernando Dankausa və Lalit Rainanın məruzələri dinlənilib. Bank sektorunda kapitallaşma, dollarizasiya səviyyəsi, kredit portfelinin keyfiyyəti, problemli kreditlərin vəziyyəti və risk menecmenti kimi mövzularda müzakirələr aparılıb. Qeyd edilib ki, 2018-ci ildən başlayaraq iqtisadi artıma bank sektorunun töhfəsi genişləndirilməlidir. Bunun üçün strateji yol xəritələri çərçivəsində davamlı iqtisadi islahatlar əhəmiyyətli rol oynayacaq.

MÜDDƏT