Martın 10-da Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yeni seçilmiş tərkibinin ilk iclası keçirilib.
İclasda İctimai Şuranın fəaliyyətinin təşkilinə dair məsələlər müzakirə edilib və şuraya sədrin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev İctimai Şuranın sədri seçilib.
Eyni zamanda, “İqtisadi resursların öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev sədrin müavini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi Şəbnəm Nuriyeva isə katib seçilib.
