“Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib

Əlavə edilib:

19 sentyabr 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan” QSC –nin Baş ofisində “Ödəniş sistemləri və alternativ xidmət kanalları”  üzrə  Ekspert  Qrupunun növbəti görüşü keçirilib.

Görüş zamanı ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlarda tətbiq olunan “interçeync” xidmət haqları, “Visa Inc” beynəlxalq kart təşkilatının xidmət haqları üzrə bərabər rəqabət mühitinin qorunmasına dair mövqeyi müzakirə edilmişdir.

Həmçinin “Ödəniş  kartlarının emissiyası və istifadə Qaydaları”na ediləcək dəyişikliklər layihəsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılaraq, ödəniş kartları bazarında innovasiyaların tətbiqinə toxunulmuşdur.

MÜDDƏT