ABA-nın problemli kreditlərin idarə olunması üzrə nümayəndə heyətinin Polşa Respublikasında təcrübə mübadiləsi başlayıb

Əlavə edilib:

Polşa banklarının problemli kreditlərlə iş üzrə təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) dəstəyi və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə ABA-ya üzv bankların müvafiq sahə üzrə rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin Polşa Respublikasının Varşava şəhərinə işgüzar səfəri həyata keçirilir.

14–15 oktyabr 2026-cı il tarixlərini əhatə edən səfərin ilk günündə Polşa Banklar Assosiasiyasının inzibati binasında görüşlər keçirilib.
Görüş zamanı polşalı həmkarlar tərəfindən Polşanın bank sistemi, Polşa Banklar Assosiasiyasının fəaliyyəti və əsas fəaliyyət istiqamətləri barədə təqdimatlar edilib. Həmçinin problemli kreditlərin idarə olunmasının hüquqi və təşkilati aspektləri, bu sahədə məlumat bazası sistemləri, tətbiq olunan müasir yanaşmalar, mövcud vəziyyət və inkişaf meyilləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində ABA-ya üzv bankların nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, problemli kreditlərin idarə olunması sahəsində təcrübə və bilik mübadiləsi həyata keçirilib.

MÜDDƏT