“Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupu”nun növbəti görüşü baş tutub

Əlavə edilib:

1 oktyabr 2019-cu il tarixində, Maliyyə Bazarlarına Nəzarət Palatasında “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilib.

Keçirilmiş görüşdə video görüntü əsasında bank hesabının açılması üzrə ümumi prinsiplərin müəyyən edilməsi, video görüntünün təşkili, video görüntünün təşkili haqqında məlumatların açıqlanması, video görüntü zamanı müştərinin eyniləşdirilməsində uğursuzluq, bankın informasiya və telekommunikasiya texnologiyaları üzrə tələblər, habelə video görüntü zamanı təsvir və müsahibənin aparılmasına dair tələblərin əks olunduğu tövsiyələr müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT