“Daxili Audit” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib

Əlavə edilib:

6 dekabr 2019-cu ildə Unibank ASC-nın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili Audit” Ekspert Qrupunun növbəti iclası keçirilib.

Xatırladaq ki, Daxili audit ekspert qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT