Azərbaycan Mərkəzi Bankı ödəniş kartlarının istifadə müddətininin artırılmasına icazə verib

Əlavə edilib:

Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir:

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində bankların filial və şöbələri vasitəsilə bank-müştəri münasibətlərinin minimallaşdırılması zəruridir.

Bununla əlaqədar olaraq banklar tərəfindən istifadə müddəti cari ilin mart – may ayları ərzində başa çatan ödəniş kartlarının istifadə müddəti 2020-ci ilin iyul ayına qədər artırıla bilər.

Əlavə olaraq, müştərilərin istəyi ilə yeni emissiya edilmiş kartlar bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırıla bilər. ”

MÜDDƏT