Azərbaycan Banklar Assosiasiyası onlayn müzakirələrin keçirilməsinə başlayıb

Əlavə edilib:

30 mart 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq”  və “Marketinq və PR” üzrə Ekspert Qruplarının rəhbərləri Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ilə onlayn müzakirə keçirmişdir.

Müzakirələrin əsas mövzusu cəmiyyətin rəqəmsal ödənişlər, xüsusilə də təmassız ödənişlər və elektron ticarət əməliyyatları üzrə daha da maarifləndirilməsi, bu sahədə videoçarx və animasiyaların hazırlanması, habelə bu istiqamətdə qarşılıqlı əməkdaşlıq istiqamətləri və atılacaq addımlar olmuşdur.

MÜDDƏT