Ödəniş statistikası hesabatlığının təkmilləşdirilməsi istiqamətləri müzakirə edilmişdir

Əlavə edilib:

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ının tələbləri çərçivəsində banklar tərəfindən təqdim edilən ödəniş statistikası hesabatlığının təkmilləşdirilməsi məqsədilə yeni hesabatlıq formalarının layihəsini hazırlamışdır.

Layihəyə bankların rəqəmsal ödənişlər və digər aidiyyəti sahələrdə çalışan əməkdaşları tərəfindən baxılmış və müvafiq qaydada rəy və təkliflər irəli sürülmüşdür. Bununla yanaşı, ABA-nın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” ekspert qrupunun daxilində yaradılmış kiçik işçi qrupu tərəfindən layihəyə baxılmış, 30 oktyabr və 04 noyabr 2020-ci il tarixlərində layihə və irəli sürülən rəy və təkliflərin Mərkəzi Bankın nümayəndələri ilə müzakirəsi keçirilmişdir.

Yeni təqdim edilən hesabatlıq formaları ödəniş ekosistemi haqqında daha dəqiq və təfərrüatlı məlumatların əldə edilməsinə imkan verəcəkdir.

MÜDDƏT