“Maliyyə Bazarlarının Nəzarət Subyektlərində İnformasiya Təhlükəsizliyinə Dair Qaydalar” layihəsi müzakirə olunmuşdur

Əlavə edilib:

8 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri ilə ABA-nın “İT və İT Təhlükəsizlik” ekspert qrupunun üzvləri arasında görüş keçirilmişdir.

Görüş zamanı “Maliyyə Bazarlarının Nəzarət Subyektlərində İnformasiya Təhlükəsizliyinə Dair Qaydalar” layihəsi müzakirə olunmuş və yeni təkliflər irəli sürülmüşdür.

Sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT