“Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilib

Əlavə edilib:

28 yanvar 2021-ci il tarixində  Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun  onlayn iclası keçirilib.

İclas zamanı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişiklik edilməsi istiqamətində təklif edilən bəzi məsələlərin müzakirəsi aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT