17 mart 2021-ci il tarixində “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupunun növbəti onlayn görüşü keçirilib.
İclas zamanı rəqəmsal ödənişlərin gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.