“Kibertəhlükəsizliyə yeni yanaşma -XDR (Extended Detection Respond) həllinin bankda tətbiqi” mövzusunda vebinar keçirilmişdir

Əlavə edilib:

Banklarda kibertəhükəsizlik məsələləri hələ də öz aktuallığını qoruyub saxlayır. Azərbaycan Banklar Assosiasiyası bu məsələni daim diqqətdə saxlayaraq bank əməkdaşlarının bu istiqamətdə bilik və bacarıqlarının artırılması üzrə tədbirləri davam etdirir.

Qeyd edək ki, növbəti tədbir olaraq 23 iyun 2021-ci il tarixində “Kibertəhlükəsizliyə yeni yanaşma -XDR (Extended Detection Respond) həllinin bankda tətbiqi” mövzusunda vebinar keçirilmişdir. Vebinarda “Unibank KB” ASC-nin Baş İnformasiya Təhlükəsizliyi Rəhbəri (CİSO) Rüstəm Rüstəmli təqdimatla çıxış etmişdir. Təqdimatda XDR kiber həllinin faydaları, Endpointda üstünlüyü və visibility imkanları, məlumat təhlili və Big data yanaşması, pereventiv, detektiv və responsiv imkanları mövzuları öz əksini tapmışdır.

Təqdimat boyu iştirakçıların sualları cavablandırılmışıdır.

MÜDDƏT