Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Fintex Assosiasiyası arasında görüş keçirilib

Əlavə edilib:

29 iyul 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası rəhbərliyi arasında görüş keçirilmişdir.

Görüş zamanı Assosiasiyalar arasında əməkdaşlıq əlaqələrinin inkişafı, birgə fəaliyyət istiqamətləri, o cümlədən rəqəmsal maliyyə xidmətləri, rəqəmsal ödəniş ekosisteminin inkişafı və təhlükəsizliyi məsələləri müzakirə edilmiş, görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.

Görüşdə həmçinin hər iki Assosiasiya üzvlərinin maraqlarında olan digər məsələlərə toxunularaq, mövcud imkanlar və çağırışlar nəzərdən keçirilmişdir.



MÜDDƏT