ABA-nın Prezidenti Zakir Nuriyev İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya üzv seçilib

Əlavə edilib:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İctimai Şura yaradılmışdır. İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri və sahələri üzrə hüquqi aktların qəbulunda, ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi işləri ilə məşğul olur.

ABA-nın Prezidenti Zakir Nuriyev İctimai Şuraya üzv seçilmişdir. Başa çatmış seçkilərin nəticələrinə əsasən üzvlər sırasında vətəndaş cəmiyyəti institutlarının nümayəndələri – Ağayev Rövşən, Azadov Elnur, Babayeva Səkinə, Həsənov Rəşad, Muradov Ədalət, İsayev Fərid, Kərimov Nuran, Qaraşov Fərhad, Nuriyev Əliməmməd və Vəliyev İlqar da yer almışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT