“Almaniyada Kənd Təsərrüfatının Maliyyələşdirilməsi” adlı vebinar keçirilmişdir

Əlavə edilib:

25-26 oktyabr 2021-ci il tarixlərində regionlarda kənd təsərrüfatı maliyyələşməsi ilə məşğul olan bankların nümayəndələrinə Azərbaycan Banklar Assosiasiyası və Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V. (DSIK) təşkilatçılığı ilə “Almaniyada Kənd Təsərrüfatının Maliyyələşdirilməsi” adlı vebinar keçirilmişdir.

Vebinarda kənd təsərrüfatı üzrə maliyyə hesabatlarının, eləcə də bu biznesdə satış potensialının təhlili və qiymətləndirilməsi üzrə Almaniya təcrübəsi haqqında danışılmışdır. Bundan əlavə vebinarda kənd təsərrüfatı əmtəələri və əkin sahələri üzrə daşınmaz əmlak bazarının sektora təsirləri və bəzi kənd təsərrüfatı sahələrinin mənfəətliliyi haqqında da məlumat verilmişdir.

Vebinarda müstəqil Kənd Təsərrüfatının Maliyyələşdirilməsi üzrə Beynəlxalq Məsləhətçisi Claus Stopka məruzəçi qismində çıxış etmişdir. 

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT