“Visa Tap to Phone – Mobil dəstəkli dünya üçün təmassız ödənişlərin qəbul həlli” mövzusunda vebinar keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) bank əməkdaşlarının bilik və bacarıqlarının daha da artırılması istiqamətində beynəlxalq şirkətlər və maliyyə institutları ilə birgə əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirir.

Silsilə tədbirlərin davamı olaraq, “Visa Inc.” beynəlxalq kart təşkilatı ilə birgə 16 noyabr 2021-ci il tarixində “Visa Tap to Phone – Mobil dəstəkli dünya üçün təmassız ödənişlərin qəbul həlli” mövzusunda vebinar keçirilmişdir.

Sözügedən mövzuda “Visa Inc.” beynəlxalq kart təşkilatının rəqəmsal həllər üzrə direktoru Oleksandr Stelmax məruzəçi qismində çıxış etmişdir.

Sonda vebinar iştirakçılarının mövzu üzrə sualları cavablandırılmışdır.

MÜDDƏT