“Açıq bankçılıqda biznes modellər” adlı vebinar keçirilmişdir

Əlavə edilib:

Açıq bankçılıqla əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası  və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə vebinarların keçirilməsi davam etdirilir.

Baş tutmuş vebinarların davamı olaraq 18 noyabr 2021-ci il tarixində banklar və fintexlərin müvafiq əməkdaşları üçün “Açıq bankçılıqda biznes modellər” adlı vebinar keçirilmişdir.

Vebinar aşağıdakı mövzuları əhatə etmişdir:

• dünya üzrə açıq bankçılığın vəziyyəti;

• açıq bankçılığın tətbiqi;

• açıq bankçılığın həyata keçirilməsi üçün yol xəritəsi və digər bu kimi mövzular.

Vebinarda Beynəlxalq Maliyyə Korporasiyasının Qlobal Rəqəmsal Transformasiya üzrə Mütəxəssisi Jose M. Moreno De Barreda məruzəçi qismində çıxış etmişdir.

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT