“CBDC (Mərkəzi Bank Rəqəmsal Valyutası) ANLAYIŞLARI, İSTİFADƏ HALLARI VƏ TƏNZİMLƏMƏSİ” mövzusunda vebinar keçirilmişdir

Əlavə edilib:

8-9 dekabr 2021 –ci il tarixlərində “V BEYNƏLXALQ BANKÇILIQ FORUMU – NAĞDSIZ İQTİSADİYYAT: ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI” adlı tədbir keçiriləcəkdir. Forum çərçivəsində bir sıra vebinar və seminarların təşkili nəzərdə tutulmuşdur.

Bu yan tədbirlərdən biri kimi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə 25 noyabr 2021-ci il tarixində “CBDC (Mərkəzi Bank Rəqəmsal Valyutası) ANLAYIŞLARI, İSTİFADƏ HALLARI VƏ TƏNZİMLƏMƏSİ” mövzusunda vebinar keçirilmişdir.

Banklar və fintexlərin müvafiq əməkdaşları üçün nəzərdə tutulan vebinar mərkəzi bank rəqəmsal valyutaları (CBDC (Central Bank Digital Currency)) konsepsiyası ilə bağlı əsas məqamları o cümlədən, onların potensial texniki xüsusiyyətlərini və dövlət və özəl sektor üçün təsirlərini əhatə etmişdir.

Təlimdə Rusiya Elektron Pul və Pul köçürmələri Assosiasiyasının icraçı direktoru Pavel Şust təqdimatla çıxış etmişdir.

MÜDDƏT