“Müştəri təcrübəsində innovasiya. Müxtəlif seqmentlərin müştəriləri üçün oflayn rejimdə fərqləndirilmiş xidmətlərin həyata keçirilməsi” mövzusunda vebinar keçirilib

Əlavə edilib:

“V BEYNƏLXALQ BANKÇILIQ FORUMU” çərçivəsində yan tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Növbəti tədbirlərdən biri də Azərbaycan Banklar Assosiasiyası (ABA) və “IDNT” şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. 15 dekabr 2021-ci il tarixində keçirilən vebinar “Müştəri təcrübəsində innovasiya. Müxtəlif seqmentlərin müştəriləri üçün oflayn rejimdə fərqləndirilmiş xidmətlərin həyata keçirilməsi” mövzusunu əhatə etmişdir.

Müvafiq bank əməkdaşları üçün nəzərdə tutulan vebinarda “IDNT” şirkətinin rəhbəri Mikola Çumak təqdimatla çıxış etmişdir.  

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT