Azərbaycan Banklar Assosiasiyası və BƏƏ Banklar Federasiyası arasında görüş keçirilmişdir

Əlavə edilib:

9 dekabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov və BƏƏ Banklar Federasiyasının (Federasiya) baş direktoru Camal Saleh arasında onlayn görüş keçirilmişdir.

Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə baş tutmuş görüş zamanı hər iki qurum öz fəaliyyəti və gördüyü işlər barədə məlumat vermiş, bank sektorunun cari vəziyyəti ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran məsələlər və hər iki təşkilat arasında əməkdaşlığın gücləndirilməsi yolları, ABA tərəfindən illik əsasda keçirilən iki nüfuzlu beynalxaq bank-maliyyə tədbirləri, “Beynəlxalq Bankçılıq Forumu”, “Maliyyə və Texnologiyalar Sammiti (Fintex Sammit)” və Federasiyanın keçirdiyi tədbirlər çərçivəsində görülə biləcək işlərə dair müzakirələr aparılmışdır.

MÜDDƏT