Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında görüş keçirilib

Əlavə edilib:

26 yanvar 2022-ci ildə ABA və  Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərlikləri arasında görüş keçirilmişdir. Görüş zamanı ilkin olaraq Nazir müavini Firdovsi Əliyev tərəfindən nazirliyin fəaliyyəti, hazırda görülən işlər haqqında məlumat verilmişdir. Həmçinin ABA prezidenti Zakir Nuriyev ABA-nın fəaliyyəti, dövlət qurumları ilə əməkdaşlıq əlaqələri, öz fəaliyyətində ABA-nın korporativ sosial məsuliyyət layihələrinə önəm verməsi haqqında nazirlik nümayəndəsini məlumatlandırıb.

Daha sonra tərəflər arasında ölkədə meşə fondunun bərpası, yaşıllıqların salınması ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı ABA və Nazirlik arasında əməkdaşlığın qurulması və sözügedən layihələrdə ABA-ya üzv təşkilatların aktiv iştirakı xüsusi qeyd edilib.

MÜDDƏT