“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupu” üzvləri Qalaaltıya səfər edib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin 22-23 yanvar tarixlərində Qalaalti Hotel & Spa mərkəzinə səfəri təşkil edilmişdir.

Rəqəmsal ödənişlərdə qlobal lider olan “Visa”-nın dəstəyi ilə baş tutan bu səfər zamanı təşkilat tərəfindən ölkədə fəaliyyət göstərən banklar rəqəmsal ödənişlərin inkişafı və stimullaşdırılması, innovativ ödəniş həllərinin tətbiqi, yeni nəsil ödəniş sistemləri infrastrukturunun formalaşdrılması və digər nominasiyalar üzrə mükafatlandırılmışdır. Eyni zamanda Azərbaycan Banklar Assosiasiyası əməkdaşlığa görə Visa tərəfindən təltif edilmişdir.

Səfər çərçivəsində baş tutan müzakirələrdə ekspert qrupu tərəfindən 2021-ci ildə həyata keçirilən layihələr və qarşıdakı dövrdə atılacaq addımlara toxunulmuşdur.

Qeyd edilməlidir ki, “Visa” qlobal təcrübəsini və innovativ həllərini təqdim edərək rəqəmsal ödəniş ekosisteminin inkişafı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində ABA ilə birgə sıx fəaliyyət göstərir.

MÜDDƏT