ABA və Beynəlxalq Valyuta Fondu arasında görüş keçirilmişdir

Əlavə edilib:

23 fevral 2022-ci il tarixində Beynəlxalq Valyuta Fondunun Missiyasının nümayəndəsi Yizhi Xu ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi” və “Kredit işi” Ekspert Qruplarının müəyyən üzvləri arasında onlayn görüş keçirilmişdir.

Görüşdə kredit artımının drayverləri, COVID-in kredit keyfiyyətinə və gəlirliliyinə təsiri barədə müzakirələr edilmiş, həmçinin COVID-lə bağlı yardım tədbirlərinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

MÜDDƏT