“Risklərin İdarə Edilməsi” üzrə Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

24 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi” üzrə Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib.

İclas zamanı “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları” üzrə rəy və təkliflər, həmçinin gündəlikdə duran digər məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT