Bir sıra Dövlət Qurumlarının nümayəndə heyəti ilə “Komplayns Ekspert Qrupu”nun nümayəndələri arasında görüş keçirilmişdir

Əlavə edilib:

05 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Monitorinqi Xidmətinin və bir sıra Dövlət Qurumlarının nümayəndə heyəti ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun nümayəndələri arasında onlayn görüş keçirilmişdir.

Görüş zamanı, ölkə səviyyəsində aparılan cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aktual məsələlər müzakirə edilmişdir.

Müvafiq mövzu ilə bağlı aparılan müzakirələrin davam etdirilməsi planlaşdırılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

MÜDDƏT