“Rabitəbank”ın İdarə Heyəti sədrinin həmmüəllifi olduğu maliyyə bazarına aid kitabın təqdimatı keçirildi

Əlavə edilib:

24 yanvar 2023-cü il tarixində “Maliyyə iqtisadiyyatı” kitabının təqdimatı keçirilib.

Təqdimatda “Rabitəbank”ın Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, professor Zahid Məmmədov, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, dövlət və özəl qurumların rəhbərləri, professor və müəllimlər iştirak ediblər.

Kitabın məsləhətçisi Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev, elmi redaktoru rektor, professor Ədalət Muradov, müəllifləri isə “Rabitəbank”ın İdarə Heyətinin sədri dosent Aydın Hüseynov və UNEC-in professoru Zahid Məmmədovdur. 

Təqdimat “Rabitəbank”ın Müşahidə Şurasının sədri, ABA-nın rəhbəri Zakir Nuriyev də daxil olmaqla digər iştirakçıların kitab haqqında rəy və fikirləri ilə davam edib.

Qeyd edək ki, nəşrin çap edilməsində əsas məqsəd, maliyyə sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, iş prossesində onlara yardımçı bir masaüstü məlumat mənbəyi olmaqdır.

MÜDDƏT