“Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri üzrə İşçi Qrupu”nun görüşü keçirilib

Əlavə edilib:

2 mart 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri üzrə İşçi Qrupu”nun son zamanlar ödəniş kartları bazarında yayılan yeni fırıldaqçılıq həlli ilə bağlı görüşü keçirilmişdir.

Görüş zamanı, yeni iş yeri ilə təmin edilmə, əlavə gəlir qazanılması adı altında kart istifadəçilərinin həm ödəyici, həm də vasitəçisi olaraq iştirak etdiyi fırıldaqçılıq halı müzakirə edilərək birgə fəaliyyət istiqamətləri müəyyən edilmişdir.

Qarşıdakı dövrdə koordinasiya edilmiş formada fəaliyyət göstərilməsi, banklarda fırıldaqçılıq əməliyyatlarına qarşı mövcud metodoloji bazanın təkmilləşdirilməsi, məlumat mübadiləsinin effektiv formada təşkili və digər istiqamətlərdə birgə fəaliyyət göstərilməsi razılaşdırılmışdır.

MÜDDƏT