ABA, Mərkəzi Bank və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında onlayn görüş keçirilmişdir

Əlavə edilib:

7 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında onlayn görüş keçirilmişdir. İclasda vergi, icarə haqqı və digər bələdiyyə ödənişlərinin mərkəzləşdirilmiş qaydada toplanılmasında Hökumət Ödəniş Portalı (HÖP) platformasının imkanlarından daha da geniş istifadə edilməsi müzakirə edilmişdir.

Eyni zamanda iclasda bankların filiallarla iş və ödəniş sistemləri üzrə rəhbər nümayəndələri iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT