ABA nəzdində fəaliyyət göstərən “Mərkəzləşmiş inkassasiya xidməti üzrə İşçi Qrupu”nun ilk iclası keçirilmişdir

Əlavə edilib:

19 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yeni yaradılmış “Mərkəzləşmiş inkassasiya xidməti üzrə İşçi Qrupu”nun ilk iclası keçirilmişdir.

İşçi Qrupunun “Unibank” KB ASC-nin baş ofisində baş tutan görüşündə banklarda inkassasiya xidmətinin təkmilləşdirilməsi imkanları, inkassasiyaya aid sual və təkliflərin müzakirəsi aparılmışdır.

Əlavə edək ki, ABA Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixli iclasında verilmiş qərarına əsasən ABA-nın nəzdində “Mərkəzləşmiş inkassasiya xidməti üzrə İşçi Qrupu” yaradılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT