ABA-nın təşkilatçılığı ilə “Biznes Trendlər, Həllər və Komplayns Yeniləmə” adlı tədbir keçirilmişdir

Əlavə edilib:

19 aprel 2023-cü il tarixində Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Raiffeisen Bank International AG”nin (Avstriya, Vyana) birgə təşkilatçılığı çərçivəsində “Biznes Trendlər, Həllər və Komplayns Yeniləmə” (Business Trends & Solutions and Compliance Update) adlı tədbir keçirilmişdir.

Azərbaycan Bank icmasından 80-dan artıq nümayəndənin iştirak etdiyi tədbirdə ticarətin maliyyələşdirilməsi ilə əlaqədar işlərin təşkili, ödəniş sisteminin gələcəyi, ikili valyutalı depozitlər kimi spesifik mövzular müzakirə edilmişdir.

Eyni zamanda real komplayns nümunələri haqqında məlumat verilmiş və kapital bazarı ekspertləri ilə birgə Azərbaycanın investisiya potensialı üzrə reytinqinin müzakirəsi ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbirin sonunda isə qaliblərə beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisi hesab edilən “STP Quality Award 2022” mükafatı təqdim edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 25 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT