ABA-nın prezidenti Zakir Nuriyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edib

Əlavə edilib:

5 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının Mərkəzi Bank tərəfindən təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və “AzərGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış etmişdir.

Tədbir zamanı “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film nümayiş etdirilmiş, sonra iştirakçılara yeni pul nişanları barədə video təqdim olunmuşdur. T.Kazımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxılmasını elan etmişdir.

Sözügedən tədbirdə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev bildirib ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı və apardığı möhkəm iradəyə söykənən dərin iqtisadi islahatlar maliyyə sektorunun inkişafı üçün dönüş nöqtəsi olub.

“Onun idarəçiliyində “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanun qəbul olundu və qanunvericiliyin təkmilləşməsi ilə ona 5 dəfə əlavə və dəyişikliklər edildi. Bununla yanaşı, sektoru tənzimləyən təkmil requlyativ qaydalar qüvvəyə mindi. Özəl sektorun inkişafını bazar iqtisadiyyatına keçid üçün vacib hesab edən Ümumilli Lider özəlləşdirmə proseslərinin sürətləndirilməsinə və düzgün həyata keçirilməsinə xüsusilə diqqət yetirir, öz çıxışları zamanı bu məsələləri vurğulayırdı.” – deyə Z.Nuriyev əlavə etmişdir.

Tədbirdə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxılması elan edilmişdir.

Eyni zamanda, Mərkəzi Bank ənənəsinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxacaq. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulmuşdur. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.

MÜDDƏT