ABA-nın yeni Ekspert Qrupu ilə Fintex Assosiasiyasının nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

11 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı ilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində yeni yaradılmış “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun üzvləri və Azərbaycan Fintex Assosiasiyasının fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupunun nümayəndələrinin birgə görüşü keçirilmişdir.

Görüş zamanı rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı birgə mübarizənin təşkili və bu sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətləri, koordinasiya edilmiş fəaliyyətin təşkili perspektivləri, habelə mövcud çatışmazlıqların aradan qaldırılması və atılacaq addımlar müzakirə edilmişdir.

Müzakirələr nəticəsində qarşıdakı dövr üzrə əsas əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir.

MÜDDƏT