İslam İnkişaf Bankı (İİB) Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib

Əlavə edilib:

11 iyul 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupu nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.

ABA – nın nəzdində fəaliyyət göstərən “Kredit işi üzrə Ekspert Qrupu”nun və İİB Qrupunun nümayəndə heyətinin iştirakı ilə baş tutan görüşün əsas məqsədi İslam İnkişaf Bankı və Azərbaycan arasında əməkdaşlıq çərçivəsinin genişləndirilməsidir.

Görüş zamanı ABA və İİB Qrupu arasında əməkdaşlığın gücləndirilməsi, ölkədə islam bankçılığına təlabat, xarici banklardan uzunmüddətli maliyyələşməni və birbaşa xarici investisiyaları asanlaşdırmaq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

 

MÜDDƏT