ABA və “Visa Inc.”in birgə təşkilatçılığı ilə komanda quruculuğu tədbiri təşkil edilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Visa Inc.” beynəlxalq ödəniş sisteminin birgə təşkilatçılığı ilə 9-10 sentyabr 2023-cü il tarixlərində Şabran şəhərində yerləşən “Shabran Wellbeing Resort” hoteldə komanda quruculuğu tədbiri (team building) təşkil edilib.

Tədbir çərçivəsində bank əməkdaşları üçün “Visa Inc.”in brend səfiri (brand ambassador) Andrey Burlutski tərəfindən “Resurslu bankir” adı altında rus dilində master klas keçirilib.

Master klass “resurslu olmaq, qeyri-müəyyən zamanlarda həyata bağlılıq, işə necə həvəslə yanaşmalı?, özünə inam və müştəriyə dəstək, fərdi potensialın aşkara çıxarılması” mövzularını əhatə edib. Tədbir zamanı motivasiya xarakterli çıxışlar və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr də təşkil olunub.

Burada əsas məqsəd ABA üzvlərinin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, üzvlər və tərəfdaşlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi olub.

Qeyd edək ki, ABA üzv təşkilatların əməkdaşları, eyni zamanda, Assosiasiyanın nəzdində fəaliyyət göstərən Ekspert Qrupları, eləcə də əməkdaşlıq etdiyi qurumların nümayəndələri və digər əlaqədar təşkilatların iştirakı ilə mütəmadi olaraq sammitlər, forumlar, seminarlar, müxtəlif yarış, müsabiqə və digər tədbirlər təşkil edir.

MÜDDƏT