“Daxili audit üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

21 sentyabr 2023-cü il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilmişdir.

İclas zamanı, AR Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblər”, AR Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Korporativ İdarəetmə Standartları”na dair tələblər  və iclasın gündəliyində olan digər cari məsələlər üzrə görüş iştirakçıları arasında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT