ABA nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

22 sentyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun “Zoom” proqramı üzərindən növbəti onlayn iclası keçirilib.

İclasda 01 oktyabr 2023-cü il tarixində qüvvəyə minəcək Azərbaycan Respublikası Mülki Məcəlləsinə yazılı əqd, borc və kredit münasibətlərinin tənzimlənməsi sahəsində edilmiş mühüm dəyişikliklər və digər cari məsələlər müzakirə edilib.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT