ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”ndan formalaşdırılmış işçi qrupun ilk iclası keçirilib

Əlavə edilib:

22 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu” üzvlərindən formalaşdırılmış “İşçi qrup”un Yapı Kredi Bank Azərbaycanın ofisində ilk görüşü keçirilib.

Görüşdə “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”dən irəli gələn hər il audit olunmalı sahələr haqqında müzakirələr aparılıb. Müzakirə nəticəsində ƏL/TM üzrə daxili audit fəaliyyətinin həyata keçirilməsi üzrə risk əsaslı yanaşmanın müəyyən edilməsi üçün meyarlar hazırlanmış və növbəti görüşədək hesablama metodologiyasına dair təkliflərin formalaşdırılması qərarına gəlinmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

 

MÜDDƏT