ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

Əlavə edilib:

20 dekabr 2023-cü il tarixində ABB ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası baş tutub.

İclas zamanı vahid inkasassiya şirkəti ilə bağlı məsələlər geniş müzakirə edilmiş, bu sahədə Türkiyə Respublikasında fəaliyyət göstərən “Bantaş Nakit ve Kıymetli Mal Taşıma ve Güvenlik Hizmetleri” A.Ş. şirkətinin təqdimatı keçirilmişdir.

Təqdimatda şirkət haqqında geniş məlumat verilmişdir, iclas iştirakçılarını marağlandıran suallar cavablandırılmışdır.

İclas zamanı, həmçinin, gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT