ABA və ATMU arasında onlayn görüş keçirilmişdir

Əlavə edilib:

14 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu” və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rəhbər şəxsləri arasında onlayn görüş keçirilmişdir.

Görüşdə təhsil proqramlarının yenilənməsi və monitorinqi ilə əlaqədar məsələlər müzakirə edilmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT