Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun sədri “Kaspi” qəzetinə müsahibə verib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev “Kaspi” qəzetinə müsahibə verib.

Müsahibədə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalar barəsində Qorxmaz Ağayevin fikri yer alıb.

Xatırladaq ki, istehlak kreditləri üzrə borcluların həyat risklərinin sığorta mexanizmləri ilə müdafiəsinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə cari ilin əvvəlində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə fəaliyyəti təşkil olunub.

Bu fəaliyyətin yekunu olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2024-cü il tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib.

Müsahibənin tam versiyasını LİNKƏ klik edərək oxuya bilərsiniz.

MÜDDƏT