ABA-nın Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupunun üzvləri Çexiya Banklar Assosiasiyasında görüş keçirib

Əlavə edilib:

13 oktyabr tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupunun üzvləri və Mərkəzi Bankın nümayəndəsi təcrübə mübadiləsi məqsədilə Çexiya Respublikasına səfər edib. Səfər çərçivəsində Çexiya Banklar Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Çexiya Banklar Assosiasiyasının Ödəniş Komissiyasının ekspertləri, Maliyyə və Bank Təhlükəsizliyi Komissiyasının nümayəndələri, eləcə də Rəqəmsal ödənişlər istiqamətində fırıldaqçılıq hallarına qarşı mübarizə üzrə işçi qrupunun üzvləri iştirak ediblər.

Görüşün birinci hissəsində rəqəmsal ödəniş ekosistemi və ani ödənişlər sistemində həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb.

İkinci hissədə isə rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq halları, Assosiasiyas tərəfindən yaradılmış fırıldaqçılıq əməliyyatlarına qarşı mərkəzləşdirilmiş platforma və onun fəaliyyətinin təşkili, banklar arasında kommunikasiya mexanizmləri, eləcə də fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri müzakirə olunub.
Müzakirələr zamanı açıq bankçılıq və bu model əsasında təqdim olunan ödəniş xidmətləri də diqqət mərkəzində olub. Həmçinin Çexiya Banklar Assosiasiyası tərəfindən yaradılmış açıq bankçılıq standartı barədə fikir mübadiləsi aparılıb.

MÜDDƏT