AFCA-nın nümayəndə heyəti ilə ABB-də görüş keçirilib

Əlavə edilib:

23 noyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçiriləcək X Beynəlxalq Bankçılıq Forumu çərçivəsində Bakıda səfərdə olan Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) rəhbərliyi və üzv maliyyə institutlarının nümayəndə heyəti ilə ABB-də görüş keçirilib.

Görüşdə AFCA rəhbərliyinin, Çin Banklar Assosiasiyasının, Agricultural Bank of China (ABC), Tianfeng International Securities Group-un, Macarıstan Banklar Assosiasiyasının və digər maliyyə institutlarının nümayəndələri iştirak ediblər. ABB-ni Bankın İdarə Heyəti sədrinin müavinləri Taleh Tahirli, Nəbi Əliyev və Aqşin Əmirov təmsil ediblər. Görüşdə, həmçinin Azərbaycan Banklar Assosiasiyasının baş iqtisadçısı Əzizağa Haqverdiyev iştirak edib.

Görüş zamanı ABB-nin fəaliyyəti, rəqəmsal transformasiya və süni intellekt sahəsində təcrübəsi, innovativ bankçılıq həlləri, ödəniş texnologiyaları və transsərhəd ödənişlər üzrə fikir mübadiləsi aparılıb. Həmçinin AFCA-ya üzv maliyyə institutları ilə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

MÜDDƏT