ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

3 iyul 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun onlayn  iclası keçirilib.

Görüşdə KİES-dən irəli gələn Mərkəzi Banka təqdim edilməli hesabatlar, KİES-in yenilənməsinə dair təkliflər, “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın tələblərinə uyğunluğun qiymətləndirilməsi və Dövlət Vergi Xidməti tərəfindən Banklar Assosiasiyasına göndərilmiş Vergi məcəlləsində edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı məsələ müzakirə edilmişdir.

 

Bununla yanaşı “Daxili audit işi üzrə Ekspert Qrupu”nun  ABA nəzdində fəaliyyət göstərən «ESİ və Dayanıqlı bankçılıq» ekspert qrupu sədrinin iştirakı ilə qruplar arasında görüş keçirilmişdir. Görüşdə görülmüş işlər, icrası nəzərdə tutulan layihələr və ekspert qrupları arasında potensial əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT