“Komplayns Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib

Əlavə edilib:

4 iyul 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun nümayəndələri arasında onlayn görüş keçirilmişdir.

Görüş zamanı Fatca /CRS tələbləri ilə bağlı təkliflər, hüquqi şəxslərin imza nümunələri ilə bağlı bankların üzləşdiyi, həmçinin HÖP heabatı ilə bağlı texniki olaraq yaranan kiçik çətinliklərlərlə əlaqədar məsələlər müzakirə edilmişdir.

Görüşdə həmçinin borcalanın həyat və sağlamlığının itirilməsi hallarından sığortalanması mövzusu haqqında fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT