Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında görüş keçirilib

Əlavə edilib:

14 yanvar 2025-ci il tarixində kreditlərin sığortalanması mövzusunda Azərbaycan Banklar Assosiasiyasının Kreditlərin Sığortalanması ilə əlaqədar Təşkilat Komitəsinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbər şəxslərinin iştirakı ilə onlayn görüş keçirilmişdir.

Görüş zamanı kreditlərin qeyri-həyat sığortası üzrə məhsulların hazırlanması ilə bağlı ətraflı müzakirələr aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT