27 sentyabr 2026-cı il tarixində ABŞ-ın Mayami şəhərində SWIFT-in Milli Üzv Qrupları sədrlərinin ayrıca görüşü keçirilib.
Görüşdə Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru, SWIFTü-in Azərbaycan üzrə Milli Üzv Qrupunun sədri Yunus Abdulov iştirak edib.
Tədbir çərçivəsində SWIFT-in strateji prioritetləri, transsərhəd ödənişlərin sürətinin və şəffaflığının artırılması, beynəlxalq maliyyə mesajlaşma standartlarının inkişafı, eləcə də milli üzv qrupları arasında əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, sözügedən görüş 28 sentyabr – 1 oktyabr 2026-cı il tarixlərində Mayamidə keçirilən, qlobal maliyyə və bank sektorunun aparıcı beynəlxalq tədbirlərindən biri olan Sibos 2026 konfransından bir gün əvvəl təşkil olunub.
