“Maliyyə İnstitutlarında Karbon Uçotu və Hesabatlılıq” layihəsi həyata keçirilib

Əlavə edilib:

3-6 mart 2025-ci il tarixlərində Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi,  Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Böyük Britaniya Standartlar İnstitutu (BSI) və Azərbaycan Banklar Assosiasiyası (ABA) əməkdaşlığı çərçivəsində “Maliyyə İnstitutlarında Karbon Uçotu və Hesabatlılıq” layihəsi çərçivəsində bank sektoru üçün karbon uçotu üzrə təlim keçirilib.

Dörd günlük keçirilən tədbirin əsas məqsədi bank sektorunun beynəlxalq standartlara uyğun maliyyələşdirilən emissiyalar üçün karbon uçotu strategiyalarını hazırlamaq qabiliyyətini artırmaq idi.

Təlim çərçivəsində Maliyyə Karbon Uçotu Tərəfdaşlığı (PCAF) tərəfindən sessiyalar, seminarlar və istixana qazları (GHG) üzrə fərdi məsləhət sessiyaları təşkil edilmiş və BSI və PCAF-ın dünya səviyyəli ekspertləri tərəfindən təqdimatlar keçirilmişdir.

MÜDDƏT